- Offside
- 23:27 19.10.2026
“Qızıl top” mükafatının təqdimetmə mərasiminə düz bir həftə qalır.
90deqiqe.Az-ın məlumatına görə, təntənəli tədbir oktyabrın 26-da Londonda keçiriləcək.
Mükafatın rəsmi saytında yayılan məlumata görə, mərasimin aparıcıları keçmiş futbolçu Tyerri Anri və dünyaca məşhur jurnalist Keyt Skott olacaq.
Anri futbolçu karyerası ərzində doqquz dəfə “Qızıl top” mükafatına namizədlər sırasında yer alıb. Fransalı keçmiş hücumçunun ən yaxşı nəticəsi 2003-cü ildə səsvermədə ikinci yeri tutması olub. Həmin il mükafatı “Yuventus”un futbolçusu Pavel Nedved qazanıb.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatına PSJ və Fransa millisinin hücumçusu Usman Dembele layiq görülüb.