- Offside
- 23:23 20.10.2026
Səudiyyə Ərəbistanı çempionatının X turunda “Əl-Nəsr” və “Neom” komandaları arasında keçirilən oyunun ilk hissəsi qolsuz başa çatıb.
90deqiqe.Az xəbər verir ki, matçın 45-ci dəqiqəsində hakim qonaq komandanın futbolçusunun qayda pozuntusunu yoxlamaq üçün VAR-a müraciət edib.
Nəticədə Məhəmməd əl-Burayk Joao Feliksin ayağını tapdaladığı üçün sarı vərəqə alıb. Bundan əlavə, “Neom”un qapısına penalti təyin olunub.
Topa yaxınlaşan Kriştiano Ronaldo karyerasının 982-ci qolunu vurmaq fürsəti əldə edib. Lakin portuqaliyalı ulduzun zərbəsi qapı çərçivəsinə düşməyib.
Qeyd edək ki, penalti zərbəsindən yararlana bilməyən Ronaldo komandasının ilk hissədə hesabı açmasına mane olub.