- Offside
- 17:18 23.11.2024
Azərbaycan millisinin futzalçısı Namiq Məmmədkərimov yığmadakı karyerasını baş vurub.
Corner.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov və Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının əsas seçmə mərhələsinin III turunda Slovakiya ilə görüşdə oyunçuya forma hədiyyə ediblər.
Qeyd edək ki, hazırda Slovakiya - Azərbaycan matçında ilk hissə oynanılır və hesab açılmayıb. 2 turdan sonra hər iki kollektiv hərəyə 6 xalla qrup lideridir və elit-raunda vəsiqəni təmin ediblər. Bugünkü matç qrup liderinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq. (report)