21 oktyabr 2026. Çərşənbə

Konkur üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib


  • Offside
  • 18:54 20.10.2026
  • Oxunma sayı: 35
Konkur üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 12-16 yaşlı idmançılar hündürlüyü 70-80 santimetr olan maneələri dəf etmək üzrə mübarizə aparıblar.

Reqlamentə əsasən, iştirakçılar ilk mərhələdə vaxt nəzərə alınmadan altı maneəni səhvsiz keçməli olublar. Növbəti mərhələdə isə həm dəqiqlik, həm də vaxt əsas götürülüb.

Bu yaş qrupunda Cavid Qurbanəliyev “Burla” atı ilə 24,54 saniyə nəticə göstərərək birinci yeri tutub. “Saqamo” atı ilə çıxış edən Melissa Gedik 27,95 saniyə nəticə ilə ikinci, Nərgiz Abbaszadə isə 28,53 saniyə göstərici ilə üçüncü olub. Hər üç idmançı finiş xəttini cərimə xalı almadan keçib.

İlk beşliyi “Ayla” atı ilə Mədinə Məmmədova və “Patent” atı ilə Arzu Qəmbərova tamamlayıblar.

17-21 yaşlı idmançılar isə hündürlüyü 90-100 santimetr olan maneələri dəf etmək üzrə yarışda qüvvələrini sınayıblar. Bu kateqoriyada yalnız üç iştirakçı ilkin mərhələni cəriməsiz başa vurub. Onların arasından “Savalan MNM” atı ilə çıxış edən Samirə Baxşiyeva mütləq dəqiqlik nümayiş etdirərək birinciliyin qalibi olub.

Əhəd Məmmədov “Nabat” atı ilə ikinci, Valeriya Roşenko isə “Fine Chocolate” atı ilə üçüncü yeri tutub.

Yarışın sonunda qaliblərə kuboklar, medallar, Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.







Offside