- Offside
- 23:23 20.10.2026
Qadınlardan ibarət “Turan” (Tovuz) voleybol komandası CEV Çempionlar Liqasında ilk oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin ilk matçında Xorvatiyanın “Mladost” (Zaqreb) komandası ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan qarşılaşma Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşü oktyabrın 29-da Xorvatiyada keçiriləcək.