- Offside
- 23:23 20.10.2026
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Basketbol Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Karate Federasiyasının idmançıları üçün maarifləndirici seminar təşkil edib.
90deqiqe.Az xəbər verir ki, seminarda Qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbirin əsas məqsədi idmançılar arasında antidopinq qaydaları ilə bağlı məlumatlılığı artırmaq, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.