21 oktyabr 2026. Çərşənbə

Azərbaycan Cüdo Federasiyasının prezidenti medalçı idmançılarla görüşüb


  • Offside
  • 12:23 20.10.2026
  • Oxunma sayı: 19
Azərbaycan Cüdo Federasiyasının prezidenti medalçı idmançılarla görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları ilə görüşüb.

90deqiqe.Az-ın məlumatına görə, federasiya rəhbəri bu barədə rəsmi Feysbuk hesabında paylaşım edib.

Rəşad Nəbiyev idmançıların əldə etdikləri nəticələri yüksək qiymətləndirdiklərini bildirib, onların əzmkarlığının, peşəkarlığının və idman ruhunun Azərbaycanın beynəlxalq idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, cüdoçulara gələcək yarışlarda yeni uğurlar və qələbələr arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə ilə – 7 medalla başa vurub.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.







Offside