21 oktyabr 2026. Çərşənbə

“Gəncə”nin FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb


  • Offside
  • 13:59 20.10.2026
  • Oxunma sayı: 29
“Gəncə”nin FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb

“Gəncə” basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirəcəyi oyun təxirə salınıb.

Qərb təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, qarşılaşma səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Qeyd edək ki, C qrupunun “Rilski Sportist” – “Gəncə” matçının oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılırdı.







Offside