- Offside
- 23:23 20.10.2026
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışının əsas məqsədi oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq olub.