21 oktyabr 2026. Çərşənbə

Cüdo hakimləri üçün praktiki seminar keçirilib


  • Offside
  • 15:44 20.10.2026
  • Oxunma sayı: 25
Cüdo hakimləri üçün praktiki seminar keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti praktiki seminar təşkil olunub.

ACF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, seminara federasiya prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, hakimlər üzrə menecer, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və komitənin üzvü Abbas Şahverdiyev rəhbərlik ediblər.

Seminarın əsas məqsədi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan hakimlik təcrübəsini, qaydalara edilmiş dəyişiklikləri və aktual yanaşmaları yerli hakimlərə çatdırmaq olub.

Tədbir çərçivəsində dünya çempionatında qeydə alınmış müxtəlif hakimlik epizodları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Offside