- Offside
- 00:14 08.11.2026
Oktyabrın 25–26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu mübarizə aparacaq. İştirakçılardan 407-si oğlan, 99-u isə qızdır. Yarışlar ümumilikdə 16 çəki dərəcəsi üzrə keçiriləcək.
Qeyd edək ki, ne-vaza cüdoda yerüstü mübarizəni, yəni parter texnikalarını əhatə edir. Bu istiqamət üzrə hazırlıq idmançıların hücum və müdafiə bacarıqlarının inkişafına, eləcə də görüşlər zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.