21 oktyabr 2026. Çərşənbə

U-14 cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək


  • Offside
  • 21:57 20.10.2026
  • Oxunma sayı: 37
U-14 cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Oktyabrın 24-də yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 63 klub və idman cəmiyyətini təmsil edən 333 cüdoçu mübarizə aparacaq.

İştirakçılardan 271-i oğlan, 62-si isə qızdır. İdmançılar ümumilikdə 17 çəki dərəcəsində medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizə texnikalarını əhatə edir. Bu istiqamət üzrə hazırlıq idmançıların hücum və müdafiə bacarıqlarının inkişafına, eləcə də görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına kömək edir.







Offside