- Offside
- 23:01 21.10.2026
Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mundialın beşinci günündə rinqə çıxan millimizin üç üzvünün hər biri qələbə qazanıb.
Gülər Hüseynova (51 kq) 1/16 finalda Ukrayna təmsilçisi Diana Dudinlə qarşılaşıb. Hər üç raundu üstün başa vuran boksçumuz hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanıb. O, növbəti görüşündə Serbiya idmançısı Nataşa Lukiçlə üz-üzə gələcək.
Şahin Aslanov (65 kq) da dünya çempionatına qələbə ilə başlayıb. O, Bosniya və Herseqovina təmsilçisi Emir Serifoviçi 5:0 hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda Rumıniya idmançısı Robert-Jsolt Buzasla qarşılaşacaq.
Renat Qiyaslı (80 kq) isə 1/16 finalda Estoniya təmsilçisi Daniil Panini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, növbəti görüşündə İtaliya boksçusu Tiberio Nokadello ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hər üç qarşılaşma oktyabrın 22-də keçiriləcək. U-19 dünya çempionatının qalibləri isə oktyabrın 27-də bəlli olacaq.