22 oktyabr 2026. Cümə axşamı

Şirvanda “Shirvan Open 2026” şahmat festivalına start verilib


  • Offside
  • 13:36 21.10.2026
  • Oxunma sayı: 56
Şirvanda “Shirvan Open 2026” şahmat festivalına start verilib

Şirvan Olimpiya İdman Kompleksində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun təşkil olunan festivalda altı ölkəni təmsil edən 147 şahmatçı mübarizə aparır.

Açılış mərasimindən əvvəl iştirakçılar və qonaqlar Şirvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə çıxış edən qonaqlar şahmatçılara uğurlar arzulayıblar. Çıxışlarda beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionlarda bu idman növünün təbliği və müxtəlif ölkələrin təmsilçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və festivalın ilk turuna start verilib.

Qeyd edək ki, “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalı oktyabrın 26-da başa çatacaq.







Offside