22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan cüdo millisi Düşənbədə keçiriləcək Qran-pridə 17 idmançı ilə təmsil olunacaq


  • Offside
  • 15:31 21.10.2026
  • Oxunma sayı: 48
Azərbaycan cüdo millisi Düşənbədə keçiriləcək Qran-pridə 17 idmançı ilə təmsil olunacaq

Bu il ilk dəfə cüdo üzrə gənclər arasında Qran-pri turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Dünya Cüdo Turunun təqviminə daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.

Azərbaycan turnirdə 10 oğlan və 7 qız olmaqla, ümumilikdə 17 cüdoçu ilə təmsil olunacaq.

Oğlanların yarışında Anar Quliyev və Məhəmməd Rüstəmli (hər ikisi 60 kq), Əhməd Rüstəmov (66 kq), Səlim Sultanov və Özqan Quliyev (hər ikisi 73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Əli Qazıməmmədov (90 kq), Davud Namazlı və Canpolad Əliyev (hər ikisi 100 kq), Ramazan Əhmədov (+100 kq) mübarizə aparacaqlar.

Qızların yarışında isə Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova və Nuranə Hacızadə (hər ikisi 52 kq), Xədicə Qədəşova və Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Hanna Zaytseva və Nilgün Rzayeva (hər ikisi 63 kq) qüvvələrini sınayacaqlar.

İdmançılarımıza gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət komandanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.

Qeyd edək ki, gənclər arasında Qran-pri turnirində 19 ölkədən 234 cüdoçu — 147 oğlan və 87 qız iştirak edəcək.







Offside