- Offside
- 23:01 21.10.2026
Oktyabrın 24-dən 29-dək İraqın Süleymaniyyə şəhərində kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsi – Dünya reytinq turniri keçiriləcək.
Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 19 ölkənin təmsilçilərinin iştirak edəcəyi yarışda ölkəmizi 5 idmançı təmsil edəcək.
Milli komandanın heyətində Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva yer alıblar.
Azərbaycan təmsilçiləri açıq havada, 70 metr məsafədə klassik yayla (“recurve”) atıcılığı üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.