22 oktyabr 2026. Cümə axşamı

Bakıda idman dırmanması üzrə ölkə çempionatı keçiriləcək


  • Offside
  • 17:45 21.10.2026
  • Oxunma sayı: 53
Bakıda idman dırmanması üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Alpinizm Federasiyasının (AAF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda idman dırmanması üzrə ölkə çempionatı təşkil olunacaq.

AAF-dan 90deqiqe.Az-a verilən məlumata görə, “Climb Baku” İdman Dırmanma Mərkəzində keçiriləcək yarışda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparacaqlar.

Dörd gün davam edəcək çempionatda qadın və kişi idmançılar texniki hazırlıqlarını, fiziki dözümlülüklərini və dırmanma bacarıqlarını nümayiş etdirəcəklər.

Yarış proqramına əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat mərhələsi, ertəsi gün isə final yarışları keçiriləcək. Oktyabrın 24-də bouldering növü üzrə təsnifat mərhələsi təşkil olunacaq. Çempionata oktyabrın 25-də bu növ üzrə final yarışları ilə yekun vurulacaq.







Offside