- Offside
- 23:01 21.10.2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, o, 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin oyunlarında supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstanın milli komandaları iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.