22 oktyabr 2026. Cümə axşamı

Binəqədi məktəbliləri arasında velosiped yarışı keçirilib


  • Offside
  • 19:28 21.10.2026
  • Oxunma sayı: 50
Binəqədi məktəbliləri arasında velosiped yarışı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, Bakı şəhərinin 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 30-a yaxın oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıb.

Oğlanların yarışında 99 saylı tam orta məktəbin şagirdi Fərid Dadaşzadə birinci, 248 saylı tam orta məktəbin təmsilçisi Məhəmməd Yüzbəyov ikinci, 99 saylı tam orta məktəbin digər şagirdi Ömər Məmmədov isə üçüncü yeri tutub.

Qızların mübarizəsində 248 saylı tam orta məktəbin şagirdi Gülər Cəfərova qalib gəlib. 99 saylı tam orta məktəbin təmsilçisi Lətifə Kərimova ikinci, 283 saylı tam orta məktəbin şagirdi Esra Mikayıl isə üçüncü olub.

Yarışın qalibləri və mükafatçıları medal və diplomlarla təltif ediliblər.

Qeyd edək ki, turnir Bakı məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi velosiped idmanını məktəblilər arasında təbliğ etmək, sağlam həyat tərzini təşviq etmək və gənc istedadları üzə çıxarmaqdır.







Offside