22 oktyabr 2026. Cümə axşamı

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb


  • Offside
  • 23:01 21.10.2026
  • Oxunma sayı: 59
“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

 90deqiqe.Az-ın məlumatına görə, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv Danimarkada yerli “Bakken Bears” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 88:91 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “LANDAU Lions” daha əvvəl G qrupunda İsveçrənin “Lions de Genève” komandasına 83:105, Slovakiyanın “Prievidza” klubuna isə 84:108 hesabı ilə uduzub.







Offside