- Offside
- 20:39 22.10.2026
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin oyunlarına təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək qarşılaşmalar oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində baş tutacaq.
Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.