22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirdə iştirak edəcəklər


  • Offside
  • 14:25 22.10.2026
  • Oxunma sayı: 47
Azərbaycan stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirdə iştirak edəcəklər

Oktyabrın 23-də Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə “Riga City Youth Cup 2026” turnirinə start veriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ənənəvi beynəlxalq yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Oğlanların mübarizəsində Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov çıxış edəcəklər. Qızların yarışında isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, beynəlxalq turnir oktyabrın 25-də başa çatacaq.







Offside