22 oktyabr 2026. Cümə axşamı

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib


  • Offside
  • 15:39 22.10.2026
  • Oxunma sayı: 40
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə idman dırmanmasının beynəlxalq səviyyədə inkişaf etdiyini bildirib. O, ölkədə bu idman növü üzrə əsas hədəfin beynəlxalq yarışlarda uğur qazana biləcək idmançıların yetişdirilməsi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Climb Baku” İdman Dırmanma Mərkəzində keçirilən çempionatda 16 yaş və daha yuxarı qadın və kişi idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparırlar.

Yarışın ilk iki günündə – oktyabrın 22-23-də çətinlik növü üzrə, oktyabrın 24-25-də isə bouldering üzrə təsnifat və final mərhələləri keçiriləcək.

Çempionata oktyabrın 25-də qaliblərin mükafatlandırılması və rəsmi bağlanış mərasimi ilə yekun vurulacaq.







Offside