- Offside
- 20:39 22.10.2026
2030-cu ildə atletika üzrə Avropa çempionatı Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış Olimpiya Stadionunda təşkil olunacaq. Bununla bağlı qərar İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Atletikasının 181-ci Şura iclasında qəbul edilib.
Helsinki Avropa çempionatına tarixində dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə qitə birinciliyi daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub.
Qeyd edək ki, 2028-ci ildə atletika üzrə Avropa çempionatı iyunun 3-dən 8-dək Polşanın Sileziya bölgəsində keçiriləcək.