22 oktyabr 2026. Cümə axşamı

Görkəmli idman xadimi Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub


  • Offside
  • 18:27 22.10.2026
  • Oxunma sayı: 53
Görkəmli idman xadimi Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub

Oktyabrın 22-də Azərbaycan idmanının, xüsusilə də güləş məktəbinin inkişafına mühüm töhfələr vermiş görkəmli idman xadimi Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yubilyarın həyat və idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Güləş Federasiyasının komitə sədri Elçin Cəfərov və idman veteranları çıxış ediblər.

Çıxışlarda Firuddin Qurbanovun Azərbaycan idmanının inkişafındakı xidmətləri, güləş məktəbinin formalaşmasına verdiyi töhfələr və yetişdirdiyi idmançılarla bağlı fikirlər səsləndirilib.

Sonda Firuddin Qurbanov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.







Offside