22 oktyabr 2026. Cümə axşamı

Lökbatanda “TT FIGHT” klubunun yeni idman zalı açılıb


  • Offside
  • 20:08 22.10.2026
  • Oxunma sayı: 33
Lökbatanda “TT FIGHT” klubunun yeni idman zalı açılıb

Oktyabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılış mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış çərçivəsində Fərid Qayıbov gənc idmançıların məşq prosesini izləyib və onlarla söhbət edib.

Tədbirin bədii hissəsində isə gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.







Offside