22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan nümayəndə heyəti Bişkekdə beynəlxalq görüşlərdə iştirak edib


  • Offside
  • 20:39 22.10.2026
  • Oxunma sayı: 39
Azərbaycan nümayəndə heyəti Bişkekdə beynəlxalq görüşlərdə iştirak edib

Oktyabrın 20-21-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclər və idmana məsul nazirlərinin 10-cu yubiley iclası, eləcə də məsul ekspertlərin 10-cu görüşü keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva ölkəmizdə gənclər və idman sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

İclasda Türk dünyası ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və qarşıdakı dövrdə görüləcək işlər müzakirə olunub. Çıxışlarda “Bakı – 2026 İdman Paytaxtı” layihəsi çərçivəsində Türk dünyasından olan gənclərin və idmançıların Azərbaycanda keçiriləcək tədbirlərdə fəal iştirakı da vurğulanıb.

Səfər çərçivəsində İndira Hacıyeva Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Kemeloviç Mambetaliyev, eləcə də Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Sadıroviç Asanbayevlə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.







Offside