23 oktyabr 2026. Cümə

Tramp LeBron Ceymsin davranışını hörmətsizlik adlandırdı


  • Offside
  • 23:10 22.10.2026
  • Oxunma sayı: 18
Tramp LeBron Ceymsin davranışını hörmətsizlik adlandırdı

ABŞ Prezidenti Donald Tramp basketbol ulduzu LeBron Ceymsi milli himnin səsləndirilməsi zamanı davranışına görə tənqid edib və ondan amerikalılardan üzr istəməsini tələb edib.

90deqiqe.Az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək NBA-nın dördqat çempionunu ölkəyə hörmətsizlikdə ittiham edib.

Tənqidlərə səbəb basketbolçunun “Nyu-York Niks”lə oyundan əvvəl çəkilmiş videosu olub. Görüntülərdə Ceymsin xokkey çubuğu ilə zərbə endirməni və top atmağı təqlid etdiyi görünür.

Tramp paylaşımında LeBron Ceymsin ABŞ-nin milli himni səslənərkən ölkəyə hörmətsizlik etdiyini bildirib. O, basketbolçunu “tam biabırçılıq” adlandıraraq ABŞ bayrağı və ölkənin dəyərləri uğrunda həlak olmuş hərbçilərdən və qəhrəmanlardan üzr istəməyə çağırıb.







Offside