23 oktyabr 2026. Cümə

Azərbaycan cüdoçusu veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb


  • Offside
  • 20:11 22.10.2026
  • Oxunma sayı: 13
Azərbaycan cüdoçusu veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində M8 yaş kateqoriyasında mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qalibi olub.

12 qat dünya çempionu olan Fərhad Rəcəbli bununla da karyerasında 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib.

Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur.







Offside