23 oktyabr 2026. Cümə

Kişi voleybolçuların Superliqasında yeni mövsümə start verilir


  • Offside
  • 21:18 22.10.2026
  • Oxunma sayı: 33
Kişi voleybolçuların Superliqasında yeni mövsümə start verilir

Kişi voleybolçuların Superliqasında 2026/2027 mövsümü oktyabrın 23-də start götürəcək.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, I turun oyunları oktyabrın 23-24-də keçiriləcək.

Turun ilk günündə Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “Azərreyl” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “Ordu” komandaları üz-üzə gələcəklər.

Turun sonuncu oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da “Xilasedici” və “Neftçi” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Superliqada oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.







Offside