- Offside
- 23:10 22.10.2026
Azərbaycanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndə heyətini qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə səfir oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarına uğurlar arzulayıb. O, idmançılarımızın beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
AGF-nin nümayəndələri göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə səfirə minnətdarlıqlarını bildiriblər.