- Offside
- 23:56 23.10.2026
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum ölkə çempionatında komandasının heyətində ilk qolunu vurub.
90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının XI turunda “Əl-Diriyə” ilə qarşılaşmada fərqlənib. Görüş “Əl-İttihad”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
35 yaşlı yarımmüdafiəçi matçın 77-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub. Bu, onun cari mövsümdə “Əl-İttihad”ın heyətində çempionatda vurduğu ilk qol olub.
Veynaldum ötən yay “Əl-İttifaq”la müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi “Əl-İttihad”a keçib. O, Səudiyyə Ərəbistanı çempionatında sonuncu dəfə mayın 9-da qol vurub. Həmin vaxt onun keçmiş komandası “Əl-Xalic”i 5:0 hesabı ilə məğlub edib.
Niderlandlı futbolçu çempionatda beş oyundur qol vura bilmirdi. Bununla belə, “Liverpul”un sabiq oyunçusu Asiya Çempionlar Liqasında “Əl-İttihad”ın heyətində qol vurmağa nail olub.