24 oktyabr 2026. Şənbə

Azərbaycanın U-20 voleybolçu qızları Polşa millisinə uduzublar


  • Offside
  • 16:50 23.10.2026
  • Oxunma sayı: 29
Azərbaycanın U-20 voleybolçu qızları Polşa millisinə uduzublar

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının I təsnifat mərhələsində ilk oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında Polşa millisi ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu oktyabrın 24-də Latviya yığmasına qarşı keçirəcək.







Offside