24 oktyabr 2026. Şənbə

Abşeronda 379 cüdoçu kəmər imtahanında iştirak edib


  • Offside
  • 17:29 23.10.2026
  • Oxunma sayı: 41
Abşeronda 379 cüdoçu kəmər imtahanında iştirak edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, imtahanda 379 cüdoçu iştirak edib.

İdmançılar yaşlarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran cüdoçulara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə və motivasiyalarının artırılmasına xidmət edir. Bu mərhələ, həmçinin nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.







Offside