24 oktyabr 2026. Şənbə

Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək


  • Offside
  • 17:54 23.10.2026
  • Oxunma sayı: 35
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a verilən məlumata görə, yarış 2027-ci il fevralın 19-dan 21-dək Şahdağda keçiriləcək.

Üç gün davam edəcək turnirdə dörd ölkəni təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaqlar. İsveçrəni “Evviva”, Avstriyanı “Kitzbühel”, ABŞ-ni “Aspen”, Azərbaycanı isə “Land of Fire” komandası təmsil edəcək.

Yarış çərçivəsində sürət, dəqiqlik və komanda ruhu əsas rol oynayacaq. Atların gücü, oyunçuların ustalığı və qar üzərində gərgin mübarizə tamaşaçılara maraqlı anlar vəd edir.

Şahdağın qış mənzərəsi fonunda keçiriləcək qarşılaşmalarda sürətli hücumlar və gözlənilməz dönüşlər idmansevərlərin diqqətini cəlb edəcək.







Offside