- Offside
- 23:56 23.10.2026
Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəyə başlayıb.
90deqiqe.Az xəbər verir ki, Mingəçevir təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinanın “Sloga Doboj” klubu ilə qarşılaşıb.
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüş qonaqların 38:26 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşması oktyabrın 24-də keçiriləcək.