24 oktyabr 2026. Şənbə

Azərbaycanın üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəlib


  • Offside
  • 19:54 23.10.2026
  • Oxunma sayı: 40
Azərbaycanın üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəlib

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin üç üzvü finala vəsiqə qazanıb, daha iki boksçumuz isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarımfinal mərhələsində Sənan Nəsibli (52 kq) serbiyalı Lazar Yovanoviçi 5:0 hesabı ilə məğlub edib. Qazax boks məktəbinin yetirməsi finalda Şotlandiya təmsilçisi Brodi Dau ilə qarşılaşacaq.

Yusif Əli (57 kq) ukraynalı Kirilo Çumakovu 4:1 hesabı ilə üstələyərək həlledici mərhələyə yüksəlib. Boksçumuz finalda Rusiya təmsilçisi Yeqor Jiruxinlə üz-üzə gələcək.

Sərxan Haqverdiyev (70 kq) isə italiyalı Dieqo Mastrorillonu 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Gəncə boks məktəbinin yetirməsi çempionluq uğrunda görüşdə İngiltərə təmsilçisi Şeyn Fyuri ilə döyüşəcək.

Azərbaycan millisinin digər üzvləri Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) yarımfinalda mübarizəni dayandıraraq Avropa çempionatının bürünc medallarına sahib olublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha beş Azərbaycan boksçusu rinqə çıxacaq. Avropa çempionatının qalibləri oktyabrın 25-də müəyyənləşəcək.







Offside