- Offside
- 23:56 23.10.2026
Azərbaycan Basketbol Liqasının IV turuna start verilib.
90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu “Sabah” Milli Gimnastika Arenasında “Naxçıvan”la üz-üzə gəlib. Görüş Naxçıvan təmsilçisinin 88:83 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının IV turuna oktyabrın 25-də yekun vurulacaq.