- Offside
- 23:56 23.10.2026
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasının 2026/2027-ci illər mövsümünə start verilib.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən I turun ilk oyununda “Azərreyl” komandası “Gənclər” klubunu 3:0 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmasında isə “Ordu” komandası “Murov Az Terminal” üzərində eyni hesabla qələbə qazanıb.
Turun növbəti oyunu oktyabrın 24-də keçiriləcək. Saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda — “Xilasedici”, “Ordu”, “Neftçi”, “Murov Az Terminal”, “Azərreyl” və “Gənclər” mübarizə aparır. Yarışlar ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
I turun nəticələri
23 oktyabr
“Azərreyl” – “Gənclər” — 3:0 (25:17, 25:11, 25:16)
“Ordu” – “Murov Az Terminal” — 3:0 (25:20, 25:14, 25:20)