- Offside
- 08:13 24.10.2026
Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Jorjinyo dopinq-testinin müsbət nəticələndiyi iddia olunur.
90deqiqe.Az xəbər verir ki, bu barədə braziliyalı jurnalist Tyaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu KONMEBOL-un keçirdiyi yoxlama zamanı dopinq-testindən keçə bilməyib. Analizlərdə hansı maddənin aşkarlandığı isə hələlik açıqlanmayıb.
Nə futbolçunun özü, nə “Flamenqo” klubu, nə də KONMEBOL məsələ ilə bağlı rəsmi açıqlama verib. Testin nəticəsi təsdiqlənərsə, Jorjinyo altı aydan iki ilədək diskvalifikasiya oluna bilər.
34 yaşlı yarımmüdafiəçi 2025-ci ilin iyunundan “Flamenqo”da çıxış edir. Karyerası ərzində İtaliyanın “Verona” və “Napoli”, İngiltərənin “Çelsi” və “Arsenal” klublarında oynayıb.