24 oktyabr 2026. Şənbə

Azərbaycan veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar


  • Offside
  • 10:46 24.10.2026
  • Oxunma sayı: 59
Azərbaycan veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Azərbaycan cüdoçuları Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında daha iki gümüş medal əldə ediblər.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, M4 yaş kateqoriyasında çıxış edən Elşən Kərimov (60 kq) və M5 yaş kateqoriyasında mübarizə aparan Babək Hacıyev (60 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Qeyd edək ki, yarışın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında 90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bununla da o, karyerasında 12-ci dəfə veteranlar arasında Avropa çempionu tituluna yiyələnib.







Offside