24 oktyabr 2026. Şənbə

“GənclikFest” festivalının açılış mərasimi keçirilib


  • Offside
  • 12:36 24.10.2026
  • Oxunma sayı: 50
“GənclikFest” festivalının açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “GənclikFest” festivalına start verilib.

90deqiqe.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Saat 12:00-da başlayan və 17:00-dək davam edəcək festival çərçivəsində iştirakçılar üçün müxtəlif fəaliyyətlər nəzərdə tutulub. Proqramda tanınmış ifaçıların iştirakı ilə konsert, stolüstü oyunlar, intellektual və əyləncəli fəaliyyətlər yer alır.

Festivalın əsas məqsədi gənclərin bir araya gəlməsi, yeni dostluqlar qurması və asudə vaxtlarını səmərəli keçirməsi üçün imkan yaratmaqdır.







Offside