24 oktyabr 2026. Şənbə

Azərbaycan şahmatçıları Avropa Kubokunda medallar qazanıblar


  • Offside
  • 15:25 24.10.2026
  • Oxunma sayı: 50
Azərbaycan şahmatçıları Avropa Kubokunda medallar qazanıblar

Azərbaycan şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən klublararası Avropa Kubokunda uğurlu nəticələr əldə ediblər.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, kişi şahmatçıların yarışında 10 xal toplayan “Vüqar Həşimov” komandası 10-cu yeri tutub.

Qadınların turnirində isə Azərbaycanın “Odlar Yurdu” klubu 10 xalla 3-4-cü yerləri bölüşüb. Əlavə göstəricilərə əsasən, təmsilçimiz yarışı dördüncü pillədə başa vurub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu Avropa Kubokunun qalibi olub.

Fərdi nəticələrə gəlincə, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı birinci lövhədə bürünc medal qazanıb. “Odlar Yurdu”nun təmsilçisi Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.







Offside