- Offside
- 22:39 24.10.2026
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının I təsnifat mərhələsində ikinci oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatında Latviya yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Polşa yığmasına da eyni hesabla məğlub olub.