- Offside
- 22:39 24.10.2026
Atçılıq üzrə ölkə çempionatında sona iki tur qalmış çempionluğa iddialı komandalar növbəti qələbələrini qazanıblar.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Sərhədçi” “Şamaxı” ilə qarşılaşmada 3 xal qazanmaq üçün çətin mübarizə aparıb. İlk hissədən sonra şirvanlıların iki top fərqi ilə öndə olması oyunun gedişinə təsir edib. Lakin ikinci hissənin əvvəlində “Sərhədçi” hesab arasındakı fərqi azaldıb, az sonra isə bərabərliyi bərpa edib. Matçın qalan hissəsində daha bir qol vuran “Sərhədçi” 3:2 hesablı qələbə qazanıb.
“Elite” son oyunlarda zəif nəticələr göstərən “Omar”ı 9:0 hesabı ilə məğlub edib. “Polad” – “Embawood” qarşılaşması isə birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zəfər” “Atilla”nın qapısından 12 cavabsız top keçirib. “Buta Golden” yarışdan kənarlaşdığı üçün “Xəzər”ə 6:0 hesablı texniki qələbə verilib.
Qeyd edək ki, ölkə çempionu sona bir tur qalmış müəyyənləşə bilər. XVII turda “Sərhədçi” “Zəfər”i, “Polad” isə “Elite”ni məğlub edərsə, “Sərhədçi”nin çempionluğu rəsmiləşəcək.