- Offside
- 22:34 24.10.2026
İsveçrənin Lozanna şəhərində Avropa Atletika Konvensiyası keçirilir.
Azərbaycan Atletika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Avropa Atletikasının prezidenti Dobromir Karamarinovla yanaşı, qitə ölkələrinin atletika federasiyalarının nümayəndələri iştirak edirlər. Konvensiya çərçivəsində təcrübə mübadiləsi aparılır, əməkdaşlığın gücləndirilməsi və atletikanın inkişafı ilə bağlı məsələlər müzakirə olunur.
Azərbaycanı tədbirdə Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə və idman işləri üzrə direktor Mariana Vasileva təmsil edirlər.