24 oktyabr 2026. Şənbə

Kişi voleybolçuların Super Liqasında I turun oyunları başa çatıb


  • Offside
  • 22:34 24.10.2026
  • Oxunma sayı: 42
Kişi voleybolçuların Super Liqasında I turun oyunları başa çatıb

Kişi voleybolçuların Super Liqasında 2026/2027-ci illər mövsümünün I turuna yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turun son qarşılaşması oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. Görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəlib. Qarşılaşma “Xilasedici”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün setləri 28:26, 26:24, 23:25 və 25:14 hesabları ilə yekunlaşıb.

Beləliklə, I turun nəticələrinə əsasən, “Xilasedici”, “Azərreyl” və “Ordu” komandaları mövsümə qələbə ilə başlayıblar.

Qeyd edək ki, Super Liqanın II turunun oyunları oktyabrın 28-də keçiriləcək. Növbəti turun qarşılaşmalarının təqvimi ilə bağlı əlavə məlumat veriləcək.







Offside