- Offside
- 22:39 24.10.2026
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında Qran-pri turnirinə start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Dünya Cüdo Turunun təqviminə daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri üç medal əldə ediblər.
57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş medala sahib çıxıb. Eyni çəkidə çıxış edən Xədicə Qədəşova, eləcə də 63 kq çəki dərəcəsində yarışan Hanna Zaytseva isə bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaq.