25 oktyabr 2026. Bazar günü

Azərbaycan veteran cüdoçuları Avropa çempionatında daha bir medal qazanıblar


  • Offside
  • 10:47 25.10.2026
  • Oxunma sayı: 43
Azərbaycan veteran cüdoçuları Avropa çempionatında daha bir medal qazanıblar

Azərbaycan millisinin aktivinə Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında cüdo üzrə Avropa çempionatında daha bir medal əlavə olunub.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, M2 yaş kateqoriyasında -100 kq çəki dərəcəsində mübarizə aparan Elçin Məmmədov üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan veteran cüdoçularının qitə çempionatında qazandıqları medalların sayı dördə çatıb.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal qazanıblar.







Offside