- Offside
- 16:12 25.10.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası Polşaya yola düşüb.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçimiz Bakı–İstanbul–Varşava hava reysi ilə Polşaya gedib. Komanda Varşava hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla yollanacaq.
“Araz-Naxçıvan” iştirak ərizəsini artıq UEFA-ya təqdim edib. Komandanın baş məşqçisi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan biri legioner, digər 13-ü isə yerli oyunçulardır.
Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov.
Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev və Oqtay Mahmudzadə.
Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 27-də Macarıstanın “Uypeşt”, ertəsi gün isə Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə qarşılaşacaq. Təmsilçimiz qrupdakı son oyununu oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı keçirəcək.
V qrupunun oyunları Polşanın Qlivise şəhərində yerləşən “PreZero Arena”da təşkil olunacaq.